Müasir LED tipli Zəfər İşığı lampaları.+994 10 711 51 11WhatsApp

Gəncədə LED lampaları istehsal olunacaq

Zavodda ilkin olaraq 100 nəfər işlə təmin olunacaq, tam gücə çatdıqda bu sayın 500-ə çatdırılması hədəflənir.

Gəncədə yeni istehsal müəssisəsi istismara veriləcək. Fəaliyyət göstərəcək yeni müəssisədə LED lampalar istehsal ediləcək. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müəssisədə yaradılan şəraitlə tanış olub.

Sahibkar Zəfər Məmmədov bildirib ki, burada istehsal olunacaq LED lampalar standart lampalarla müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etmək imkanı verəcək.

Zavod İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli biznes krediti hesabına açılıb. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təsdiqedici sənədi əsasında zavodda istehsal olunan LED lampalar gömrük rüsumundan azaddır.

Zavodda ilkin olaraq 100 nəfər işlə təmin olunacaq; müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması hədəflənir.

Bütün Xəbərlər