Müasir LED tipli elektrik lampalarının istehsalı müəssisəsi

Müəssisəmiz “Zəfəroğlu Elektrik” adı altında Gəncə şəhərində 18 dekabr, 2021-ci il tarixindən fəaliyyətə başlamışdır. Əsas fəaliyyət istiqamətimiz ölkəmizdə LED elektrik lampalarının istehsalıdır. Müəssisəmizdə peşəkar kadrların əməyi ilə bir çox LED lampa növü tərəfimizdən istehsal edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığa və yerli istehsala göstərdiyi qayğı və diqqətin göstəricisidir ki, müəssisəmiz günü-gündən inkişaf etməkdədir.
Zavod İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli biznes krediti hesabına açılıb. Bərpa Olunan Enerji Mənbələrinin Dövlət Agentliyinin təsdiqedici sənədi əsasında zavodda istehsal olunan LED lampalar gömrük rüsumundan azaddır. Zavodda ilkin olaraq 100 nəfər işlə təmin olunub; müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması hədəflənir.
LED Məhsullar- 18 dekabr 2021fəaliyyətə başlayıb
- 100nəfər işlə təmin olunub
- 500nəfər hədəflənir
- Gəncəistehsal yeri
Məhsul üstünlükləri
Ətraf mühit
Ekoloji cəhətdən təmiz LED lampa.
Civə
Məhsulun tərkibində civə yoxdur.
Radiasiya
Ultrabənövşəyi və infraqırmızı radiasiya yoxdur.
Adaptiv dizayn
Ənənəvi halogen lampalarına uyğun dizayn edilmişdir.
Sürətlilik
Anında işə düşür, gecikmə və titrəmə yoxdur.
Sabitlik
Kontrol drosseli sabit cərəyanı təmin edir.
Təhlükəsizlik
Yanğın təhlükəsi yoxdur və təhlükəsizliyi təmin edir.
Kənar təsir
Zərbəyə və nəmişliyə davamlıdır.