«Gəncə İş Adamları» İctimai Birliyinin təqdimatı və zavodun açılışı
Təqdimat 18 dekabr saat 11:00-da Gəncə Dövlət Filarmoniyasında keçirildi.
Gəncə – Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar 18 dekabr 2021-ci il tarixində «Gəncə İş Adamları» İctimai Birliyinin təqdimatı və «Zaferoglu Elektrik» LED lampa zavodunun açılışı münasibəti ilə keçirilən tədbirə dəvət edilib.
«Gəncə İş Adamları» İctimai Birliyi regionda sahibkarlıq subyektlərinin təşkilatlanması və yeni iş yerlərinin açılması məqsədi ilə yaradılıb. Birliyin rəhbəri Zəfər Məmmədov sahibkarların koordinasiyasının və birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
Bütün Xəbərlər